Sosial media hesablarında paylaşımların strategiyasının hazırlanması və planlaşdırılması, müştərilərlə əlaqə quraraq kontent planlarının və kampaniyaların əlaqələndirilməsi üzrə Account Manager (SMM) axtarılır.
Vəzifə öhdəlikləri:
- Xidmət göstərdiyimiz şirkətlərin sosial media hesablarında paylaşımların strategiyasının hazırlanması və planlaşdırılması.
- Müştərilərlə sıx əlaqə quraraq mövzuların, kontent planlarının və kampaniyaların əlaqələndirilməsi.
- Sosial media kampaniyaları üçün hədəflənmiş (targeting) reklamların təmin olunması və effektivliyinin monitorinqi.
- Müştəri ehtiyaclarının analizi və onlara uyğun SMM həllərinin təklif edilməsi.
- Kampaniyaların nəticələri barədə müştərilərə mütəmadi hesabatların təqdim edilməsi.
- Bazar tendensiyalarının və rəqib fəaliyyətlərinin izlənilməsi, yeni imkanların aşkarlanması.
Tələblər:
- Marketinq, PR və ya əlaqəli sahədə ali təhsil.
- SMM və müştəri hesablarının idarə edilməsi sahəsində ən az 2 il iş təcrübəsi.
- Sosial media platformaları (Facebook, Instagram, LinkedIn, TikTok və s.) və onların reklam alətləri haqqında dərin biliklər.
- Güclü ünsiyyət, təqdimat və danışıq aparma bacarıqları.
- Analitik düşüncə tərzi və problem həll etmə qabiliyyəti.
- Komandada işləmək bacarığı.
- Azərbaycan dilində səlis, ingilis və rus dillərində yaxşı səviyyədə ünsiyyət bacarığı arzuolunandır.
İş şəraiti:
- Uzaqdan iş rejimi.
- Dinamik və inkişafyönümlü iş mühiti.
- Peşəkar inkişaf imkanları.
- Əmək haqqı: Razılaşma yolu ilə.
Maraqlanan namizədlərdən CV-lərini karyera formamız vasitəsilə göndərmələri xahiş olunur.