Brendinizifokusa gətiririk.

Marketinq, AI, brendinq, veb və kontent — bir komanda, bir məqsəd: biznesinizə daha çox müştəri gətirmək.

İşlərimizə baxın

Haqqımızda

Focus Bureau irəli düşünən bizneslərlə əməkdaşlıq edərək ambisiyanı sistemli və davamlı inkişafa çevirir. Biz strategiya, yaradıcılıq və icranın kəsişməsində fəaliyyət göstərərək aydın, çevik və kommersiya baxımından effektiv marketinq arxitekturaları yaradırıq.

Hər əməkdaşlıq fərdidir. Hər qərar məqsədyönlüdür. Hər nəticə ölçülə biləndir.

  • 50+LayihəBank, sığorta, FMCG, xidmət sahələri və alternativ enerji üzrə həyata keçirdiyimiz layihələr.
  • 98%Müştəri məmnuniyyətiMüştəri sorğusu əsasında: əməkdaşlığımızdan razı qalan müştərilərin payı.
  • 10+İllik təcrübə2016-cı ildən bəri brendlərin rəqəmsal böyüməsinə dəstək oluruq.

Tez-tez verilən suallar

Cavabını tapmadınız? Bizə WhatsApp-da yazın

SMM paketləri ayda 600 ₼-dan başlayır. Altı paket var — seçim platforma sayından və kontent həcmindən asılıdır. Veb sayt, brendinq və AI həlləri üçün tapşırığa görə fərdi təklif hazırlayırıq. Qiymətlər ƏDV xaricdir.

SMM paketlərinə baxın

Bəli. Hazır paketlər ehtiyacınızı tam qarşılamırsa, xidmətləri biznesinizin tələblərinə görə seçib fərdi paket təklif edirik. Fərdi paketdə platformaları, kontentin həcmini, çəkilişləri və reklamların idarəsini ayrıca seçmək olar. Əvvəlcə qısa görüşdə məqsədlərinizi öyrənirik, sonra təklifi hazırlayırıq.

Fərdi təklif alın

Xeyr. Reklam büdcəsi paket qiymətinə daxil deyil və müştəri tərəfindən ayrıca ödənilir. Büdcəni məqsədinizə uyğun birlikdə müəyyənləşdiririk, necə xərcləndiyini isə aylıq hesabatda göstəririk.

Reklam kampaniyaları adətən ilk həftələrdən müraciət gətirməyə başlayır. Sabit müraciət axını və tanınırlıq üçün isə təxminən 3 ay ardıcıl iş lazımdır. İlk ayın sonunda rəqəmlərlə hesabat təqdim edirik.

Hazır SMM paketləri (Starter, Starter+, Growth) üçün minimum müddət 1 aydır, aylıq qoşulmaq olar; real nəticə üçün isə 3 ay tövsiyə edirik. Fərdi paket minimum 3 aylıq əməkdaşlıq üçündür. Business, Corporate və Premium üçün müddət fərdi təklifdə razılaşdırılır. Layihə əsaslı işlər (veb sayt, brendinq) iş təhvil verilənə qədər davam edir.

Instagram, WhatsApp və saytda 24/7 cavab verən çatbot qururuq, müraciətləri avtomatik toplayırıq və təkrarlanan işləri avtomatlaşdırırıq. Nəticədə komandanızın vaxtı satışa qalır.

Bank, sığorta, FMCG, xidmət və alternativ enerji sahələrində 50-dən çox layihə həyata keçirmişik. 2016-cı ildən fəaliyyətdəyik.

Portfolioya baxın

Gəlin başlayaq.

Məqsədinizi bölüşün — sizə uyğun yanaşmanı birlikdə müəyyən edək.