Potensialınızı Kəşf Edin

Focus Bureau sadəcə bir iş yeri deyil. Biz, strategiya və yaradıcılığın kəsişməsində inkişaf edən, status-kvonu sorğulayan və hər gün daha yaxşısını hədəfləyən bir komandayıq.

Mədəniyyətimiz

Daimi öyrənmə, sərbəstlik və kollektiv zəka.

Yanaşmamız

Data əsaslı qərarlar, insan mərkəzli həllər.

Açıq Vakansiyalar

Account Manager (SMM)
Tam ştat
Remote

Sosial media hesablarında paylaşımların strategiyasının hazırlanması və planlaşdırılması, müştərilərlə əlaqə quraraq kontent planlarının və kampaniyaların əlaqələndirilməsi üzrə Account Manager (SMM) axtarılır.

Vəzifə öhdəlikləri:

  • Xidmət göstərdiyimiz şirkətlərin sosial media hesablarında paylaşımların strategiyasının hazırlanması və planlaşdırılması.
  • Müştərilərlə sıx əlaqə quraraq mövzuların, kontent planlarının və kampaniyaların əlaqələndirilməsi.
  • Sosial media kampaniyaları üçün hədəflənmiş (targeting) reklamların təmin olunması və effektivliyinin monitorinqi.
  • Müştəri ehtiyaclarının analizi və onlara uyğun SMM həllərinin təklif edilməsi.
  • Kampaniyaların nəticələri barədə müştərilərə mütəmadi hesabatların təqdim edilməsi.
  • Bazar tendensiyalarının və rəqib fəaliyyətlərinin izlənilməsi, yeni imkanların aşkarlanması.

Tələblər:

  • Marketinq, PR və ya əlaqəli sahədə ali təhsil.
  • SMM və Account Management sahəsində ən az 2 il iş təcrübəsi.
  • Sosial media platformaları (Facebook, Instagram, LinkedIn, TikTok və s.) və onların reklam alətləri haqqında dərin biliklər.
  • Güclü ünsiyyət, təqdimat və danışıq aparma bacarıqları.
  • Analitik düşüncə tərzi və problem həll etmə qabiliyyəti.
  • Komandada işləmək bacarığı.
  • Azərbaycan dilində səlis, ingilis və rus dillərində yaxşı səviyyədə ünsiyyət bacarığı arzuolunandır.

İş şəraiti:

  • Remote iş rejimi.
  • Dinamik və inkişafyönümlü iş mühiti.
  • Peşəkar inkişaf imkanları.
  • Əmək haqqı: Razılaşma yolu ilə.

Maraqlanan namizədlərdən CV-lərini karyera formamız vasitəsilə göndərmələri xahiş olunur.

Performance Media Buyer
Layihə əsaslı
Remote / Hybrid

SMM xidməti göstərilən müştəri layihələrinin reklam kampaniyalarının idarə olunması üçün nəticəyönümlü Performance Media Buyer axtarılır.

Vəzifə öhdəlikləri:

  • Müştəri layihələri üzrə Meta (Facebook/Instagram), TikTok və Google Ads reklam kampaniyalarının qurulması və idarə olunması
  • SMM strategiyasına uyğun reklam strategiyalarının hazırlanması və icrası
  • Gündəlik optimizasiya: büdcə, auditoriya, kreativ və placement optimizasiyası
  • Lead generation, satış və brand awareness kampaniyalarının idarə olunması
  • Remarketinq və Look-alike auditoriyaların qurulması
  • Kreativ performansının test edilməsi (A/B testlər) və optimizasiya
  • UTM-lərin qurulması, GA4 və Meta Pixel/CAPI ilə tracking sisteminin qurulması
  • Həftəlik və aylıq hesabatların hazırlanması (CPA, CPL, ROAS və s.)
  • Dizayn və kontent komandası ilə koordinasiyalı işləmək (kontent + reklam sinerjisi)

Tələblər:

  • Performance marketing və media buying sahəsində minimum 2 il təcrübə
  • Meta Ads Manager üzrə güclü praktiki təcrübə (mütləq)
  • TikTok Ads və Google Ads üzrə iş təcrübəsi (üstünlükdür)
  • Lead generation və satış yönümlü kampaniyalar üzrə real кейslər
  • Reklam büdcəsi idarəetmə təcrübəsi (aylıq min. 1000$+ layihələr)
  • Analitik düşüncə və nəticə fokuslu yanaşma
  • GA4, Pixel, CAPI, UTM tracking bilikləri
  • Avtonom işləmə və deadline-lara riayət etmə bacarığı
  • Rus dili və ya ingilis dili bilikləri (üstünlükdür)

İş formatı:

  • Remote və ya hybrid (Bakı)
  • Part-time və ya layihə əsaslı əməkdaşlıq
  • Bir neçə müştəri layihəsinin paralel idarə olunması

Əməkhaqqı modeli:

  • Hər layihə üzrə aylıq sabit ödəniş + Nəticə bonusu
  • Ödəniş layihənin həcmi, reklam büdcəsi və KPI-lərə əsasən müəyyən edilir
  • Uzunmüddətli əməkdaşlıq və çoxsaylı layihələr üzrə gəlirin artırılması imkanı

KPI-lər:

  • CPL / CPA optimizasiyası, ROAS və satış performansı
  • Lead keyfiyyəti və reklam büdcəsinin effektiv istifadəsi

Müraciət üçün göndərin:

  • Qısa CV və ya LinkedIn profil
  • Real кейslər (CPL, CPA, ROAS nəticələri)
  • İdarə etdiyiniz reklam büdcələri və güclü olduğunuz platformalar
  • Layihə üzrə gözlənilən aylıq əməkhaqqı
Satış Agenti
Tam ştat / Part-time
Remote

Reklam və marketinq xidmətlərimizi, xüsusilə SMM xidmətlərini təqdim etmək üçün peşəkar Satış agenti axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Müştəri axtarışı və xidmətlərimizin təqdimatı
  • Müştərilərə xidmətlər haqqında ətraflı məlumat vermək
  • Yeni müştərilər cəlb etmək üçün araşdırmalar aparmaq
  • Müştəri sorğularına operativ cavab vermək
  • Satış təqdimatları hazırlamaq və keçirmək
  • Zəruri hallarda potensial müştərilərlə görüşlər

Namizədə dair tələblər:

  • Xanım namizədlərə üstünlük verilir
  • Əla ünsiyyət və təqdimat bacarığı
  • Azərbaycan dilində sərbəst (Rus dili üstünlükdür, ingilis dili arzuolunandır)
  • 1 ildən artıq satış təcrübəsi
  • Təklifləri izləmək və müqavilə bağlamaq bacarığı
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü

İş şərtləri:

  • Məsafədən iş - İstənilən yerdən çalışın!
  • Əmək haqqı: Razılaşma yolu ilə müsahibə əsasında təyin olunacaq

Qeyd: Yalnız foto şəkil olan CV-lər nəzərə alınacaq.

Videoqraf / Mobiloqraf
Tam ştat / Frilans
Remote

Sosial media trendlərini izləyən və mobil cihazlarla yüksək keyfiyyətli vizual kontent yaratmaqda peşəkar Mobiloqraf axtarırıq.

Vəzifə Öhdəlikləri:

  • Sosial media (xüsusilə Instagram Reels, TikTok) üçün mobil telefonla operativ və kreativ video/foto çəkilişləri aparmaq
  • Quraşdırılmış və reportaj xarakterli çəkilişlərin (müştəri müsahibələri, məhsul videoları, reklam çarxları) həyata keçirilməsi
  • Çəkilmiş materialların trendlərə uyğun, sürətli və cəlbedici montajını və post-prodüksiyasını (rəng, effektlər, səs) aparmaq
  • Yeni trendlərə uyğun formatların (Reels, Shorts) inkişaf etdirilməsi və məzmun strategiyasına töhfə vermək

Tələblər:

  • Mobiloqrafiya və ya SMM kontent hazırlanması sahəsində minimum 1 il təcrübə
  • Montaj proqramlarında yüksək səviyyədə işləmə bacarığı (Premiere Pro, CapCut, After Effects və s.)
  • Sosial media trendlərindən və alqoritmlərindən yüksək səviyyədə məlumatlı olmaq
  • Vizual kompozisiya və estetik anlayış, rəqəmsal trendləri (xüsusilə şaquli formatlar) izləmə qabiliyyəti
  • Şəxsi çəkiliş avadanlıqlarının mövcudluğu və reklam/brend layihələrində təcrübə üstünlükdür
  • Portfolionun təqdim edilməsi MÜTLƏQDİR

Şərtlər:

  • Əməkdaşlıq Forması: Remote iş (tam ştat və ya frilans variantları müzakirə olunacaq)
  • Əmək haqqı: Təcrübə və bacarıqlara əsasən razılaşma yolu ilə

Göstərilməli: CV və PORTFOLİO LİNKLƏRİNİZİ göndərin.

Qeyd: Yalnız seçilmiş və portfolio təqdim etmiş namizədlərlə əlaqə saxlanılacaq.

Brend Siması / Kontent Əməkdaşlığı
Partnyorluq
Layihə əsaslı

Biznesləri və brendləri tanıdacaq sima olmaq istəyirsiniz? Focus Bureau komandası ilə kreativ və uzunmüddətli əməkdaşlıq imkanını dəyərləndirə bilərsiniz.

Bu elan klassik iş vakansiyası deyil — əməkdaşlıq əsaslı partnyorluq modelidir.

Əməkdaşlıq haqqında:

Focus Bureau olaraq müxtəlif biznes və brendlər üçün yaradıcı kontent, təqdimat və kommunikasiya həlləri hazırlayırıq. Komandamızla birlikdə brendlərin tanıtımında yer almaq, kontent yaratmaq və auditoriya ilə işləmək istəyən yaradıcı şəxslərlə əməkdaşlığa açığıq.

Kimlər üçün uyğundur?

  • Kamera qarşısında sərbəst çıxış edə bilən
  • Kreativ kontent yaratmaq bacarığı olan
  • Sosial media aktiv istifadəçiləri
  • Brendlərlə işləmək və şəxsi imicini inkişaf etdirmək istəyən şəxslər
  • Marketinq, SMM, kontent və ya personal branding sahəsinə marağı olanlar

Əməkdaşlıq formatı:

  • Layihə və ya kampaniya əsaslı əməkdaşlıq
  • Brend siması və kontent tərəfdaşlığı
  • Sosial media və video kontent çəkilişləri
  • Uzunmüddətli əməkdaşlıq imkanı

Vacib şərt: Portfolio təqdimatı MÜTLƏQDİR (Sosial media hesabları, video çıxışlar, çəkilmiş kontent və ya şəxsi brend nümunələri).

FB
Focus Bureau Bot
Online
1
Müraciət Formu
Fayl seçin (Maks 3MB)
Nəyə ehtiyacınız var?
Maraqlandığınız xidməti seçin
SMM xidmətləri
Sosial media idarəetməsi və kontent
Marketing Strategiyası
Strateji planlaşdırma və analitika
Branding
Brendinq, loqo və vizual kimlik
Nə vaxt başlamaq istərdiniz?
Müddəti seçin
Əlaqə məlumatlarınız
Sizinlə necə əlaqə saxlayaq?
🎉
Sorğunuz göndərildi!

Komandamız ən qısa zamanda sizinlə əlaqə saxlayacaq.